Yeni doğulan uşaqlar haqqında maraqlı məlumatlar

— Yeni doğulan uşağın bədənində təxminən bir stəkan qan olur.
 
— Uşaqlar doğulduqlarında sümük sayları 300-dür. Uşaq böyüdükcə sümükləri birləşərək yetkinlik dövründə 206-ya çatır.
 
— Uşaqlar bir şey istədikdə qışqırar, ya da inildəyirlər, ancaq ağlamazlar. Çünki ilk üç həftə boyu göz yaşı istehsal edə bilmirlər. Göz yaşı kanalları hələ tam olaraq inkişaf etmir. Gözlərini sağlıqlı tutacaq qədər nəm istehsal edirlər. Ancaq bir neçə həftə ərzində göz yaşı axıda bilməzlər.
 
— Uşaqlar doğularkən diz qapaqları olmur. Diz qapaqları 6 ayadək tamamən inkişaf etmir.
Davamı →

Şampunlar haqqında maraqlı faktlar

Gündəlik istifadəmizə daxil olan kimyəvi məhsullardan biri də saç şampunlarıdır. İndi ancaq saç yuyarkən işlədilən şampunlar vaxtilə fərqli məqsədlər üçün də istifadə edilirmiş.

1. 1800-cü illərin sonlarına qədər insanlar şampunları tualet, mətbəx dəzgahı və hətta dişlərini təmizləmək üçün istifadə edirdilər.

2. İddiaların əksinə, saçı yağlı göstərən maddə “sebum” su keçirməz olduğu üçün şampunların baş dərisinə o qədər də faydası yoxdur.

3. Şampundakı maddələrin sadəcə yüzdə 50-si su ilə reaksiyaya girir.
Davamı →

iPhone haqqında ən maraqlı faktlar

29 iyun 2007-ci ildə, yəni düz 10 il əvvəl ABŞ-da ilk iPhone smartfonları satışa buraxılmışdı. iPhone nəinki mobil texnologiyalar bazarında əsl inqilab edib, həmçinin dünyanı tamamilə dəyişib. Telefon yalnızca zəng və sms aləti olmaqdan uzaqlaşdı. Artıq insanlar əllərində həyatlarını birdəfəlik olaraq dəyişmiş fərdi kompüterə sahib idilər.

1. 1 milyarddan çox iPhone satılıb
Rəsmi statistikaya əsasən, Apple şirkəti bütün bu zaman ərzində ilk versiyadan başlayaraq 1 milyarddan çox iPhone satıb. 2017-ci ilin birinci rübündə satışların əhəmiyyətli dərəcədə enməsinə (78 milyondan 50 milyon cihaza qədər) baxmayaraq, Apple dünya smartfon bazarında lider olaraq qalır.
Davamı →

Dünyanın 10 ən bahalı bank kartı

Dəbdəbəli həyat sürürsünüzsə, hesabınızdakı məbləğ isə milyonlarla ölçülürsə, dünyanın ən eksklüziv bank kartlarından birininin sahibi olmaq, həmçinin bir sıra güzəşt və imtiyazlardan yararlanmaq şansınız böyükdür. Adətən belə kartları varlı müştərilərinə bankın özü təklif edir.

1. J.P. Morgan Palladium Card
JPMorgan Chase bankı Palladium Card kartını 2009-cu ildə xüsusi müştərilərin tələbatlarını qarşılamaq məqsədilə təqdim etmişdi. Bu kartdan istifadə etmək təklif edilən J.P. Morgan müştərilərinin əksəriyyəti bankın nəzarəti altında 10 milyon dollardan az olmayaraq vəsaitə və hesabda orta hədlə 100 milyon dollara malik olmalıdır.

J.P. Morgan Palladium Card ABŞ-ın EMV texnologiyası (çip) ilə təchiz edilmiş ilk kredit kartlarından biridir. Kart metal konstruksiyaya və palladium örtüyə malikdir. Çəkisi isə təqribən 28 qramdır ki, bu da onu digər adi plastik kartlardan 5 dəfə daha ağır edir. 2016-cı ilin sentyabr ayında Palladium Card-ın adı J.P. Morgan Reserve Card olaraq dəyişdirildi. Bu kart öz sələfindən xarici görünüşcə fərqlənməsə də, bir sıra əlavə üstünlük və imtiyazlara sahibdir.
Davamı →

Beyinləri idarə edən şəxs

Volf Messinq bütün dünyada şüurlara təsir edən və onları istədiyi kimi idarə edə bilən bir insan kimi məşhurdur. Müharibə zamanı Messinq həbsxanaya düşür və əgər bu qeyri-adi qabiliyyətə sahib olmasaydı hər şey onun üçün pis nəticələnəcəkdi. Lakin o həbsxana gözətçilərinin birbaşa olaraq şüurlarına təsir edir və təlqinlə qapını onlara açdıraraq onları içəri salır. Qaldığı hücrənin qapısını isə arxadan bağlayaraq azad olur.

Volf Messinqə öz imkanlarını inkişaf etdirməyə kömək edən şəxs berlinli psixiatr Abel olub. Küçədən tapılan uşağın ürək döyüntüləri yox idi. Bu səbəbdən də onu morqa yerləşdirirlər. Uşaq burada 3 gün qaldıqdan sonra bir tibb tələbəsi meyiti yarmaq üçün hazırladıqda onda ürək döyüntülərini aşkar edir. Abel heyrətdən donub qalmışdı. O Messinqə izah edirdi ki, onun orqanizmi öz gücünü saxlayaraq katalepsiyaya düşür.

Və Volf bunu istədiyi an edə bilərdi. Beləliklə Messinqin “səhnə” fəaliyyəti başlayır. O sirklərdə “meyit” rolunu oynayırdı. O böyük kütlə qarşısında öz ölümünü, sonradan isə dirilməsini nümayiş etdirirdi. Zamanla o başa düşür ki, başqa insanların fikirlərini eşitməyi bacarır. O öz çıxışları ilə Avropa və Cənubi Amerikanı gəzmişdi.
Davamı →

Tarixin ən məşhur mərci

Tarixin ən məşhur mərclərindən biri Kleopatra ilə onun romalı sevgilisi Mark Antoni arasında baş tutmuşdu. Kleopatra Antoni ilə belə bir mərc edir: məşhur çariça bütün bir şam yeməyi ərzində şərab içəcək və sərxoş olmayacaqdı. Mark mərci dəyərləndirir və perspektivlərinin geniş olduğunu düşünərək razı olur. Lakin o bilmirdi ki, hiyləgər Kleopatra onu aldadacaq.

Şam yeməyinin əvvəlində masaya şərab sirkəsi ilə dolu qədəy qoyulur. Bu zaman Kleopatra qulağındakı iri mirvarili sırğasını çıxararaq qədəhin içərisinə atır. Bu dövrdə kraliçanın bu sırğasının dəyəri hər kəsə məlum idi.
Davamı →

İki dəfə edam edilən şəxs

Villi Frensis (12 yanvar 1929 – 9 may 1947-ci il) – amerikalı qatil idi. O 1945-ci ildə (16 yaşında) Luiziana ştatında elektrikli stul ilə ölüm cəzasına məhkum edilmiş yeniyetmə, qaradərili cinayətkar idi. Onun başına gəlmiş hadisə elektrikli stulda edam cəzasının baş tutmadığı ilk hadisə idi. Lakin ölüm cəzası ikinci cəhd ilə həyata keçirilir. Bu cəhd vəkil Vertrand DeBlankın etirazına səbəb olur. Belə ki, vəkil bu qəddar və qeyri-adi cəza növünü 8-ci düzəlişin pozulması hesab edirdi.

3 may 1946-cı ildə Villi Frensisi elektrikli stula bağlayırlar. O işə düşdükdə Villi qışqırır: “Söndürün onu, mən qızarıram”. Onu cəld bir şəkildə stuldan ayırırlar və ölüm cəzasına məhkum edilmiş məhbusların olduğu kameraya göndərirlər. Stul isə yoxlanışa göndərilir. Rəsmi məlumata görə, stulda naqillərdən biri sıradan çıxıbmış. Belə olduqda, cinayətkarın vəkili Vertran De Blank Frensinin layiq görüldüyü ölüm cəzasının ömürlük həbs cəzası ilə əvəz edilməsinə nail olmağa çalışır.
Davamı →

Dövlət borcunu satın almağa cəhd edən narkobaron

Karlos Leder – Kolumbiyanın dövlət borcunu almağa cəhd edən narkobaron idi. O bununla yanaşı, Kolumbiyanın ən məşhur narkobaronu idi və iki dəfə dövlət borcunu almaq təklifini irəli sürmüşdü.

 Onun əsas məşğuliyyəti ABŞ-da kokain qaçaqmalçılığı idi. O Floridadan 340 kilometr uzaqlıqda, Baham adalarından birində baza təşkil etmişdi və bura adətən kokain ilə yüklü yük maşınları, yaxud yüngül mühərrikli təyyarələr gətirilirdi.

Ada Karlosa 4,5 milyon dollara başa gəlmişdi. Adanın bütün sakinləri adanı tərk etməli olmuşdu. Bu zaman kimisi pulla əldə edilir, kimisinin isə cəsədi öz yaxtasından tapılırdı. 1978-ci ildən 1982-ci ilə qədər adadan ABŞ-a Kolumbiya kokaininin gətirilməsi üçün xüsusi kanal keçirdi.

Karlosun “karyerası” 1984-cü ildə Kolumbiyanın Ədliyyə nazirinin qətlini sifariş verdikdə məhv olur. Hökumət onun bütün hesablarını dondurur və daşınmaz əmlakını müsadirə edir. Karlosun artıq Baham adalarında şəxsi adası yox idi. O cəngəllikdə ələ keçirilir və ABŞ hökumətinə təhvil verilir. Bundan sonra isə ABŞ məhkəməsi onu ömürlük həbs cəzasına (üstəlik də əlavə 135 il) məhkum edir.
Davamı →

Adrian Lamo – bir xakerin tarixçəsi

Hazırda söhbət açacağımız şəxsi Amerikada bir çoxları tanıyır: federal marşallar, FTB və polis onu axtardığı bir vaxtda o NBC, CNN kanallarının canlı efirində çıxış etməyə cürət etmiş, 32 yaşına baxmayaraq AOL, AOL, Yahoo, Microsoft, Excite@Home, AT&T Telecom, MCI WorldCom, Intel, Bank of America, CityBank, Cisco, Google və bir sıra məşhur şirkətlərin şəbəkələrini sındırmağı bacarıb.

Bu məqalədə isə məşhur xaker haqqında bir sıra maraqlı faktları təqdim edəcəyik:

Adrian Lamo dünyanın bəlkə də yeganə evsiz xakeridir. O adətən atılmış binalarda, isti havalada park skamyalarının üzərində, soyuq havalarda isə gənclərin yığıncaqlarında gecələyir. İnternetə isə internet kafe, bar və pulsuz simsiz internetin olduğu yerlərdən daxil olur. O demişdir: “Ömrüm boyu internet üçün 1 qəpik belə olsun ödəməmişəm”. Təhsili isə faydasız hesab etdiyindən uzun müddətdir ki, tərk edib və o zamandan etibarən bir yerdə uzun müddət qalmayaraq bütün Amerikanı gəzir.
Davamı →

Butch Cassidy – əfsanəvi bank qarətçisi

Butch Cassidy məşhur amerikalı bank, qatar qarətçisi və “Vəhşi dəstə” adlı quldur dəstəsinin lideri idi.
Butch 13 aprel 1866-cı ildə Yuta ştatında Robert Leroy Parker adı ilə dünyaya gəlir. O İngiltərə əsilli ailənin 13 övladının ilki idi. Butch uşaqlıq illərini valideynlərinin Ohayo ştatında yerləşən imarətində keçirmişdi. Öz karyerasını kriminal aləmdə başlamadan öncə butch-cassidy-1900maldarlıq ilə məşğul olurdu.

Onun yazılı sənədlərin də sübut etdiyi ilk cinayəti 1889-cu ildə Kolorado ştatında Tellurayd şəhərində yerləşən “San Miguel Valley Bank”-a edilən hücum olur. Bu zaman o 20 000 dollar apara bilmişdi. 1884-1886-cı illərdə at oğurluğu səbəbindən iki ilini həbsdə keçirməyə məcbur olur. Azadlığa çıxan Butch “Vəhşi dəstə” adlı quldur dəstəsini yaradır. Bu quldur dəstəsinin ən məşhur üzvü Harri Longbau idi.
Davamı →